!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik ANALİZ

!Reklam – Yazi

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Yenicag.az həmin məlumatı təqdim edir:

EUR

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.13$-a ticarət edilməkdədir və 1.14$-ın altında qaldıqca, 1.12$-a kimi da ucuzlaşa biləcəyi proqnozları aktual olaraq qalır. Amerika Mərkəzi Bankının (FED) faiz artımı siyasəti və Avrozonada mövcud olan iqtisadi və siyasi risklər, avronun qiymətinə təzyiq edən əsas amillərdir.

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 14:00, çərşənbə günü saat 14:00 və cümə günü saat 14:00-da müvafiq olaraq açıqlanacaq Avrozonanın gələcək iqtisadi gözləntilərinə, ABŞ və Avrozonada inflyasiyaya dair önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.

GBP

GBP/USD məzənnəsi 1.29$-a ticarət edilməkdədir. Burada da qiymətin 1.28$-a kimi ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır. İngiltərə höküməti daxilində Breksit mövzusu fonunda parçalanma, ölkədə iqtisadi qeyri-müəyyənliyin artmasına və beləliklə, ölkə valyutasına da mənfi təsir edir.

Funtun gələcək qiymətinə çərşənbə günü saat 13:30-da yayımlanacaq inflyasiya ilə bağlı önəmli statistik göstəricilərin də təsir edəcəyi gözlənilir.

TRY

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 5.47TL-yə ticarət edilir və 5.54TL-ni də yuxarı istiqamətdə qırarsa, artım dalğası 5.65TL-yə kimi də sürətlənə bilər.

OIL

Avropanın Brent markalı neftinin bir barel qiyməti 73$-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, yenidən 69$-a kimi də ucuzlaşa bilər.

Bu həftənin cümə axşamı saat 20:00-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Əlvan metallar bazarlarında 1209$-a (38.9 $/qram) kimi ucuzlaşan qızılın qiyməti, 1206$-ı (38.8 $/qram) da aşağı istiqamətdə qırarsa, 1192$-a (38.3 $/qram) kimi də ucuzlaşa bilər.

www.yenicag.az

9866
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv