İordaniyanın Baş naziri Hani əl-Mülki istefa verdiyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, baş nazir istefa səbəbi kimi ölkədə 6 gündür davam edən etiraz aksiyasını göstərib.
Baş nazir bildirib ki, Beynəlxalq Valyuta Fondunun dəstəklədiyi yeni vergi qanunu ilə bağlı mövqeyini dəyişməyəcək.
Aksiya iştirakçıları həmin qanunun əhalinin yoxsul və orta təbəqəsinə ziyan vuracağını vurğulayır.
Bir müddət əvvəl İordaniya kralı II Abdullah etirazçıları danışığa çağırıb.
Xatırladaq ki, ölkədə yeni vergi qanunundan narazı qalan vətəndaşlar genişmiqyaslı etiraz aksiyaları keçirir. Aksiyaçılar hökumətin istefasını və parlamentin buraxılmasını tələb edir.
Kral II Abdullah baş nazirin səlahiyyətlərini müvəqqəti olaraq icra edən Ömər əl-Rezzazdan yeni hökuməti formalaşdırmasını istəyib.
www.yenicag.az