İqtidar-müxalifət görüşü: kimi razı, kimi narazı qaldı?
Tahir Kərimli: “Ümumən görüşü pozitiv dəyərləndirmək olar”
Mirmahmud Mirəlioğlu: “Real nəticələr ortalıqda yoxdur”
İqtidarla müxalifət arasında üçüncü görüş də baş tutdu. Görüşdə bir sıra partiyalar iştirak edərək müxtəlif məsələlərə toxundular. Görəsən, son görüş iki cəbhə arasındakı münasibətlərdə müəyyən nəticənin hasil olunmasına gətirib çıxara bildimi?
İqtidaryönlü Vəhdət Partiyasının sədri Tahir Kərimli Yenicag.az-a açıqlamasında görüşün ümumən müsbət atmosferdə keçdiyini bildirdi: “Bildiyiniz kimi bu 3-cü görüş idi ki, baş tuturdu. İqtidar tərəfi görüşdə I Avropa Oyunları ilə bağlı məsələnin müzakirəsini təklif etdi. Bu məsələdə bütün tərəflər aydın göstərdilər ki, belə yarışlar ölkəmizin imicinin yüksəlməsi baxımından əhəmiyyətlidir. Burada eyni zamanda həbsdə olan bəzilərinin azad edilməsi məsələsi də yenidən gündəmə gətirildi. Düşünürəm ki, amnistiya, əfv fərmanı, qətimkan tədbirinin ləğv edilməsi ilə bu məsələdə müsbət nəticəyə nail olmaq olar. Parlament seçkiləri ilə bağlı məsələnin hazırda anda müzakirəsi isə məqbul sayılmadı. Ümumən görüşü pozitiv dəyərləndirmək olar”.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə görüşdə müəyyən nəticələr hasil olunmadığına görə ümumən narazı qalıb:
“Burada hələki, nəticə yoxdur. Üçüncü görüşdür ki, real nəticələr ortalıqda yoxdur. Amma ortalıqda nəticə yoxdur. Lakin bu o demək deyil ki, belə dialoqlara artıq ehtiyac yoxdur”.
Elçin