“Nə olar, qəlbimizi kirlətməyək, mərhəmətli olaq…”
Yenicag.az xəbər verir ki, bunu Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkə hesabındakı paylaşımda yazıb.
Sənətçi ad çəkmədən ona pislik edən və dəyərini bilməyən insanlara səslənib:
“Ən gözəl şəfa sevgi, sədaqət, hörmətdir. Gün keçdikcə insanlarda bu və bunun kimi bir çox gözəl duyğuların tükəndiyini görürük. Nə olar, qəlbimizi kirlətməyək, mərhəmətli olaq. Əvvəlcə özümüzə, sonra da dünyadakı bütün canlılara, təbiətə, suya, torpağa qarşı. Yaxşılıqdan heç kim zərərli çıxmayıb. Sevgi xilas edir və sağaldır. Həzrəti Məhəmmədin bu cümləsini hər oxuduğumda içim isinir: “Layiq olmadığın bir rəftar gördüyündə, unutma, o insan sənin dəyərini bilmədən ölməz”. Onun ədalətinə sığınmaq lazımdır, vəssalam. Mən elə edirəm”.
Sənətçinin görünüşündə etdiyi dəyişiklik də diqqətdən yayınmayıb. Saçlarını sarı rəngə boyadan müğənninin yeni tərzi sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Nehru
www.yenicag.az