İran ABŞ ilə uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasını müzakirə etmir
İran ABŞ ilə Omanda keçirilən danışıqlarda uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasını müzakirə etmir.
Yenicag.az-ın məlumatına görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Qətərin “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə bildirib.
“Uranın zənginləşdirilməsinin dayandırılmasından söhbət getmir. Bizə enerji və əczaçılıq sektorlarında buna ehtiyac var”, – deyə o qeyd edib./Trend/













