İran-ABŞ müharibəsi Azərbaycana necə təsir etdi? – Ekspertdən AÇIQLAMA

media-hightechnic-468x90

“İran-ABŞ münaqişəsi Azərbaycan iqtisadiyyatına ciddi zərər vurmadı”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Günay Hüseynova iki ölkə arasındakı gərginliyin regional və qlobal iqtisadi təsirlərini şərh edərkən bildirib.

media-jqmmbszjxjcxmzaoqrqycj8xgygdaxexoxteyfkr

Ekspert ABŞ və İran arasında baş verən qısamüddətli hərbi toqquşmaların tərəfdaş ölkələrə vurduğu iqtisadi zərərlərdən bəhs edib:

“İlk növbədə qeyd edim ki, bu ölkələr arasında müxtəlif dövrlərdə mütəmadi olaraq atəşkəs imzalanıb. İqtisadiyyatda real yumşalma olmasa da, yenidən qızğın müharibə şəraiti və səngimək bilməyən sanksiyalar dövrü başlayıb. Beynəlxalq iqtisadiyyatda dirçəlmə o zaman baş verər ki, risklər 90% aradan qalxsın və ya tam sülh şəraiti bərqərar olsun. Son münaqişə göstərdi ki, bu, hələ son deyil. Atəşkəs sadəcə müvəqqəti durğunluq və iqtisadiyyatın ən azından sabit vəziyyətə qaytarılması məqsədi daşıyır”.

G.Hüseynova müharibənin dünya iqtisadiyyatına vurduğu zərərin neft satışları ilə kompensasiya oluna biləcəyini vurğulayıb:

“İqtisadi fəsadların aradan qaldırılması müddəti həmin ölkənin ümumi vəziyyəti ilə birbaşa bağlıdır. Neft ixracatçısı olan ölkələrdə bu proses digərləri ilə müqayisədə daha asan keçir. Əslində, bərpa işlərinə xərclənən külli miqdarda vəsait birbaşa istehsalat sahələrinə yatırılsaydı, bəlkə də həmin sektorlar öz inkişaf zirvəsini yaşayardı. Lakin xaricdən asılılığın az olması və daxili istehsal imkanları bu çətin iqtisadi dövrdə sosial-iqtisadi baxımdan müəyyən üstünlüklər yaradır”.

Ekspert sonda bu münaqişənin Azərbaycan iqtisadiyyatına spesifik təsirlərindən danışıb:

“Azərbaycanın bu münaqişədən nə dərəcədə zərər görməsinə gəldikdə isə, bunu nisbi qiymətləndirmək olar. Sərhədyanı ölkədə baş verən müharibə beynəlxalq investorları ölkə iqtisadiyyatına yatırım etməkdən müəyyən qədər çəkindirir. Bu, turizm sektoruna da təsirsiz ötüşmür; müharibə gedən bölgənin yaxınlığına hansı turist həyatını riskə atıb gələr? Digər tərəfdən, idxalçı ölkə olmağımız səbəbindən münaqişə tərəflərindən aldığımız məhsulların bahalaşması qaçılmazdır.

Lakin ümumi yekunda ticari saldomuza mənfi təsir yoxdur. Əksinə, boğazın bağlanması təhlükəsi və neft qiymətlərinin yüksəlməsi Azərbaycanın büdcə profisitinin artmasına əlverişli şərait yaradıb”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05