İran-ABŞ münasibətlərində yeni mərhələ: Tərəflər arasında gizli masa qurulur?

media-hightechnic-468x90

“İran – ABŞ görüşü yalnız bu halda yenidən keçirilə bilər.”

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu hələlik müsbət nəticə verməyən ABŞ – İran görüşünün gedişatını şərh edərkən deyib.

Politoloq hesab edir ki, Tramp hərbi müstəvidə olduğu kimi, diplomatik masada da hələ ki istədiyinə nail ola bilməyib:

“ABŞ – İran görüşü nəticəsiz qalsa da, bu təmasın baş tutmasının əsas səbəbi hər iki tərəfin silahlı qarşıdurmanı davam etdirmək istəməməsi və ya hazırda bu potensialı özlərində görməmələridir. Çünki proseslər Trampın planlaşdırdığı ssenari üzrə getmədi. İranda liderlərin qətlə yetirilməsindən sonra xalqı etiraz üçün küçələrə çıxara bilmədilər və gözlənilən hakimiyyət dəyişikliyi baş vermədi. Sözsüz ki, İrana ciddi zərbələr endirildi, lakin İran da öz növbəsində adekvat cavab vermə qabiliyyətini nümayiş etdirdi.

Proseslər arzuolunmaz məcrada inkişaf etməyə başladı. Əgər tərəflər arasında yaxın gələcəkdə razılaşma əldə olunmasa, bu gərginliyin fəsadları illərlə dünya iqtisadiyyatında özünü göstərəcək. Dünya əhalisinin böyük qismi sosial-iqtisadi böhranla üzləşə bilər ki, bu da Amerikanın üzərinə olan təzyiqləri artırır. Xüsusilə Hörmüz boğazının bağlı qalması Avropanı ciddi narahat edir. Tərəflər mübarizəni birbaşa silahlı qarşıdurma olmadan, fərqli təzyiq rıçaqları ilə davam etdirə bilər. ABŞ-ın bir tərəfdən Hörmüz boğazının açılmasını istəməsi, digər tərəfdən isə boğazı bloklayacağını bildirməsi paradoksal vəziyyət yaradır. Bununla belə, düşünürəm ki, danışıqlar imkanları hələ də qalmaqdadır və yaxın günlərdə bu proses davam edəcək”.

Politoloq İranın hansı şərtlər daxilində yenidən danışıqlar masasına oturacağını da vurğulayıb:

“Trampın sərt ritorikası proseslərə mənfi təsir göstərə bilər. İran tərəfi isə uzlaşmanın mümkün olduğunu bildirir. Tehranın bəlli istəkləri yerinə yetirilərsə, razılığa gediləcək. Hörmüz boğazının statusu, daimi təhlükəsizlik təminatı və nüvə enerjisinin mülki məqsədlərlə istehsalının davam etməsi onların əsas şərtləridir. Bu baxımdan hesab edirəm ki, hələ də dialoq imkanları tükənməyib”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05