İran ABŞ-yə 13 ŞƏRT QOYDU: Tramp çıxılmaz vəziyyətdə – Atəşkəs nə qədər çəkəcək?

media-hightechnic-468x90

“NATO Tramp tərəfindən bəzən zəif qiymətləndirilsə də, reallıq göstərir ki, bu kimi proseslərdə müttəfiqlərlə birgə hərəkət etmək daha məqsədəuyğundur”.

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

O, ABŞ və İran arasında elan olunan atəşkəsin uzunmüddətli olub-olmayacağı barədə fikirlərini bölüşüb. Politoloq bildirib ki, atəşkəs iki həftəlik nəzərdə tutulub və böyük ehtimalla bu müddət ərzində pozulmayacaq:

“Lakin yekun razılığa gəlmək çox çətin görünür. Çünki ilk dəfədir ki, danışıqlar İranın irəli sürdüyü şərtlər əsasında aparılacaq. İndiyədək Amerika Birləşmiş Ştatları şərtlər irəli sürür və müzakirələr həmin çərçivədə gedirdi. İndi isə İran 13 şərt təqdim edib və Donald Tramp bu şərtlər ətrafında müzakirə aparmağa razılıq verib.

Mənim fikrimcə, razılığın əldə olunma ehtimalı demək olar ki, yoxdur. Çünki Tramp bu şərtləri qəbul etsə, bu, həm onun siyasi karyerasına, həm gələcək prezidentlik perspektivlərinə, həm də Respublikaçılar Partiyasına ciddi zərbə vurar. Qəbul etmədiyi təqdirdə isə əməliyyatların davam etdirilməsi və daha böyük qüvvələrin prosesə cəlb olunması zərurəti yaranır.

Görünən odur ki, Amerika Birləşmiş Ştatları burada arzu olunan nəticəni əldə edə bilmir və belə bir perspektiv də müşahidə olunmur. Quru əməliyyatına ehtiyac olduğu qeyd edilirdi; hətta Xarq adasını nəzarətə götürmək cəhdlərinin ola biləcəyi ehtimal edilirdi, lakin buna cəsarət edilmədi. Energetika sistemini sıradan çıxarmaq planı da nəticə vermədi  İran mülki əhalini həmin obyektlərin ətrafında yerləşdirərək “canlı qalxan” formalaşdırdı və bu da ABŞ üçün ciddi çətinlik yaratdı.

Bu səbəbdən nə həmin şərtləri qəbul etmək, nə də müharibəni davam etdirmək asan görünür. Trampın hansı yolu seçəcəyi yaxın günlərdə bəlli olacaq. Lakin bir məqam aydındır: Amerika Birləşmiş Ştatları son illərdə ilk dəfə belə bir əməliyyata koalisiyasız, təkbaşına başladı və nəticə də ortadadır. Deməli, müttəfiqlər  hətta zəif hesab olunsalar belə – bu cür əməliyyatların daha effektiv aparılması üçün vacibdir. NATO Tramp tərəfindən bəzən zəif qiymətləndirilsə də, reallıq göstərir ki, bu kimi proseslərdə müttəfiqlərlə birgə hərəkət etmək daha məqsədəuyğundur”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05