İran ərazisindən Naxçıvana dəmir yolunun çəkilməsi müzakirə edildi

media-hightechnic-468x90

İran ərazisindən Naxçıvana dəmir yolunun tikintisi Azərbaycanla İran arasında müzakirə edilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov X sosial şəbəkəsində yazıb.

O, Tehrana səfəri zamanı iranlı həmkarı Cabbar Əli Zəkəri Sərdroudi ilə bu məsələni müzakirə edib: “Müzakirələrimizin mövzusu “Şərqi Zəngəzur İqtisadi Rayonu” ilə Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən birbaşa quru əlaqəsini təmin edəcək dəmir yolu xəttinin tikintisi olub. Bundan əlavə, biz Şimal-Cənub dəhlizi üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etdik və “Azərbaycan Dəmir Yolları” QSC-nin hər iki marşrutun inkişafı istiqamətində atdığı addımlardan, eləcə də gələcək planlarımızdan danışdıq”./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05