İran mediası yazdı, İsrail təkzib etdi: Netanyahu öldürülüb?

media-hightechnic-468x90

İranın “Təsnim” Agentliyi İsrailin Baş naziri Binyamin Netanyahu ilə bağlı diqqətçəkən iddia yayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, agentlik Netanyahunun son günlər ictimaiyyət qarşısına çıxmaması səbəbindən onun yaralandığı, ya da öldürüldüyü ehtimalını irəli sürüb.

“Təsnim” yayımladığı materialda bu iddianı bir neçə məqamla əsaslandırmağa çalışıb. Son günlər Netanyahunun yeni video görüntülərinin yayımlanmaması və ictimai tədbirlərdə görünməməsi diqqət çəkib.

Həmçinin İsrail mediasında onun evinin ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirildiyi barədə məlumatların yayılması da şübhələri artıran amillərdən biri kimi göstərilir.

Materialda əlavə olunur ki, Fransa Prezidenti Emmanuel Makron ilə Netanyahu arasında telefon danışığı barədə yayılan rəsmi məlumatda danışığın tarixinin qeyd edilməməsi də iddiaları gücləndirən detallardan biri kimi təqdim olunur.

Bundan başqa, ABŞ-dan planlaşdırılan səfərlərin, o cümlədən Cared Kuşner və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun İsrailə səfərinin təxirə salınması da materialda qeyd edilən digər məqamlar sırasındadır.

İsrail mediası və rəsmi qurumları isə bu iddiaları qətiyyətlə təkzib edib, Netanyahunun öldürülməsi və ya yaralanması ilə bağlı yayılan məlumatların “dezinformasiya” olduğunu bildirib. Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu martın 7-də İsrail xalqına rəsmi müraciət edərək fəaliyyətini davam etdirdiyini təsdiqləyib.

Camal Cavanşir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05