Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

İran nefti Suriyaya necə çatdırılıb? - Vaşinqtondan Tehrana YENİ İTTİHAMLAR

Böyük Britaniyadan sonra ABŞ da İrana məxsus “Adrian Darya 1” tankeri ilə Əsəd rejiminə neft göndərildiyini bəyan edib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Almaniyanın “Deutsche Welle” nəşri yayıb.

ABŞ İrana məxsus “Adiran Darya 1” tankerinin Suriyaya neft daşıdığına dair sübutları olduğunu bəyan edib. Bununla bağlı Ağ Evdən verilən açıqlamada Böyük Britaniyanın da haqqında danışılan məsələyə dair şübhələrinin olduğu vurğulanıb.

Ağ Evin sözçüsü Morqan Ortafus İranın Suriyaya neft göndrəməsinə dair sübutların olub-olmaması haqda sualı belə cavablandırıb:

“Bəli, İrandan Suriyaya neft daşınıb. Sübutlar olmasaydı, bunları söyləməzdim”.

Qeyd edək ki, İranın Böyük Britaniyadakı səfiri özünün “Twitter” hesabında bu ittihamlara cavab verib. Səfirin sözlərinə görə, İranın neytral sularda özəl bir şirkətə neft satışı beynəlxalq qanunlar çərçivəsində həyata keçirilib.

Xatırladaq ki, bir müddət əvvəl İrana məxsus 2,1 milyon barrel neft daşıyan “Adiran Darya 1” tankeri Cəbəllütariqdə 6 həfətə müddətində saxlanılıb. Tankerin saxlanılmasının səbəbi İranın Suriyaya neft göndərməklə, beynəlxalq qanunları pozmasına yönəlik şübhələr olub.

Tanker avqustun 19-da sərbəst buraxıldıqdan bir müddət sonra dənizdə yoxa çıxıb.

Firuzə Alimova

www.yenicag.az

1493
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM