İran Türkiyəyə qaz nəqlini dayandırır

media-hightechnic-468x90

İrandan Türkiyəyə qaz nəqlini həyata keçirən magistral boru xətti profilaktika işləri ilə bağlı oktyabrın 2-dən 9-dək bağlanacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ şirkəti məlumat yayıb.

Şirkətdən bildirilib ki, həmin boru xətti ilə qaz nəqli 8 gün müddətinə dayandırılacaq.

Qeyd edək ki, İran Rusiyadan sonra Türkiyəyə ikinci ən böyük qaz ixracatçısıdır. Bu ilin yeddi ayı ərzində İrandan Türkiyəyə 5,3 milyard kubmetr qaz nəql olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600