!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 70 faiz artıb

!Reklam – Yazi

2018-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq 4464,5 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, ölkə vətəndaşlarının 33,3 faizi İrana, 29,1 faizi Gürcüstana, 18,9 faizi Rusiyaya, 12,6 faizi Türkiyəyə, 1,5 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,7 faizi isə digər ölkələrə səfər edib.

Səfər edənlərin 65,4 faizi kişilər, 34,6 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 69,3 faiz, Gürcüstana gedənlərin sayı 3,3 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz artıb, Rusiyaya gedənlərin sayı 0,3 faiz azalıb.

Cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,2 faizi dəmir yolu və avtomobil, 18 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

www.yenicag.az

1178
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv