!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrana qarşı neft quyusu - “The Economist”in təhlili

!Reklam – Yazi

İranın Neft İxracı Perspektivləri Pisləşir

Birləşmiş Ştatlar noyabr ayına kimi xarici ölkələrin İrandan neft idxalına son qoymaq üçün İrana qarşı sanksiyalar tətbiq edib. Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyaların və Avropa Birliyinin uğursuz təkliflərinin fonunda son aylarda İran neftinin ixrac gözləntiləri pisləşib. Proqnozlara əsasən, ancaq Çin idxalçıları, bir neçə Hindistan alıcıları, həmçinin az sayda Türk şirkətləri 2019-cu ildə gündəlik olaraq 1.2 milyon barel İran nefti alacaqlar. Bu dövlətlər 2017-ci ildə İrandan gündəlik olaraq orta hesabla 2.5 milyon barel neft alırdılar.

Beynəlxalq Enerji Agentliyinin təqdim etdiyi sonuncu neft hasilatı göstəricilərinə görə, İran neftinə tələbatın azalmasıfonundabu ilin avqust ayında İranda gündəlik neft hasilatı 3.81 milyon bareldən 3.63 milyon barelə düşüb. Avqustda kondensat da daxil olmaqla İranın neft ixrac həcmi gündəlik olaraq 1.9 milyon barelə bərabər olub. Blumberq İnformasiya Agentliyinin təqdim etdiyi rəqəmlərə əsasən, sentyabrın ilk iki həftəsi ərzində İran neft ixracının həcmi azalaraq gündəlik olaraq 1.6 milyon barel təşkil edib. İran neft ixracının bu həcmdə azalması İslam Respublikasının öz neft və kondensatını üzən dəniz anbar tankerlərdə saxlamağa başlaması ilə izah edilir. İran neftinin idxalçıları İranın öz nefti üzərində qurduğu siyasəti anlamaqda çətinlik çəkirlər. İran bu siyasətini 2012-2015-ci illərdə Birləşmiş Ştatların sanksiyalarına məruz qalarkən də həyata keçirib.

İran nə vaxta qədər az miqdarda neft ixrac edə bilər?

Fransa kimi Cənubi Koreya da bu ilin əvvəlindən etibarən İrandan gündəlik olaraq 350000 xam neft və kondensatın alışını dayandırdı. Birləşmiş Ştatların İrana qarşı elan etdiyi sanksiyaların noyabr ayının 4-dən etibarən tətbiq olunmasından sonra bir sıra dövlətlər də İrandan neft idxalını kəskin şəkildə azaldacaqlar. 2017-ci ildə gündəlik olaraq 250000 İran nefti idxal edən Yaponiya böyük ehtimal ki, Birləşmiş Ştatların sanksiyalarına qarşı çıxmayacaq. Eynilə Avropa Birliyi də bu vəziyyətlə üzləşir. 2017-ci ildə gündəlik olaraq 700 000 barel İran nefti idxal edən Avropa Birliyi İranla neft ticarətini davam etdirmək uğrunda mübarizə aparır.

Birləşmiş Ştatlar maliyyə sisteminin qlobal iqtisadiyyata təsiri,xüsusilə,Avropa şirkətlərininAmerika iqtisadiyyatına bağlı olmaqla aldığı töhfə, o cümlədən neft şirkətlərinin qlobal neft ticarətini ABŞ dolları vasitəsilə aparması fonunda Avropa Birliyinə üzv ölkələrin şirkətlərinin İran neftini almaqda davam etməsi inandırıcı deyil.

Çin və Hindistan əsas idxalçılardır

Nəticədə, əsasən Çin və Hindistan çox həcmdə İran nefti almaqda davam edəcəklər. Və böyük ehtimal ki, Türkiyə də müəyyən miqdarda İran nefti almaqda davam edəcək. Bu üç dövlət 2017-ci ildə gündəlik olaraq 250 000 barel civarında İran nefti idxal edirdilər. Çinin İrandan gündəlik neft ixracı hər ay dəyişərək gündəlik olaraq 55000 və yaxud 750 000 barel təşkil edir. Bu mərhələdə Çin böyük ehtimal ki, İrandan neft alışını eyni səviyyədə saxlayacaq. Birləşmiş Ştatların apardığı siyasət nəticəsində İran neft bazarına qoşulmaq çətinliyinin yaranması ucbatından bəzi özəl idxalçılar İranla ticarət əlaqəsini dayandırmağa məcbur olacaqlar. Eyni zamanda Çinin dövlət səviyyəsində ticarət aparması və Birləşmiş Ştatların təzyiqinin azalması səbəbindən Çin İran neftini idxal etməkdə böyük vaxt və fəaliyyət azadlığı əldə edir. Bundan əlavə, hazırda Çin siyasi rəhbərliyi Çin və Birləşmiş Ştatlar arasında baş verən ticarət münasibətlərinin gərginliyində Amerikanın tələblərindən geri çəkilməyi özünə çıxış yolu görmür.

Hindistan hökumətinin İran neft idxalını azaltmasına dair hazırlıq işləri aparması və açıq şəkildə İran nefti almamağa dair Birləşmiş Ştatların tələblərini rədd etməsi Hindistanı həlledici bazara çevirir. Hindistan bu ilin iyul ayında pik həcmdə gündəlik olaraq 800 000 barel İran nefti alırdı. Lakin avqustdan dərhal bu rəqəm aşağı düşərək gündəlik olaraq 400 000 barel oldu. Ehtimal olunan odur ki, Türkiyənin tələbatı kimi bu rəqəm daha da aşağı düşəcək. Lakin sıfır olmayacaq. Bu mənzərədə İran neftinin gündəlik ixrac həcmi əvvəl verilən proqnozun əksinə olaraq (1.7 milyon bar el)30 % aşağı düşərək orta hesabla gündəlik olaraq 1.2 milyon barel təşkil edəcək.

İranın altı məhdud çıxış yolu var

Bizim hesablamalarımıza görə, İranın öz neft satışını davam etdirmək üçün altı variantı var. Birincisi, və bu altıdan ən zəifi odur ki, İran özünün bacardığı diplomatiyanı hər yerdə istifadə edir. Kəmər və Yol Təşəbbüsünə önəm verən Çinin İranda marağı uzunmüddətli əlaqələri daha da gücləndirməkdir. Çabahar limanının strateji inkişafı ilə yanaşı Hindistanın İranda başqa iqtisadi maraqları da var. Eyni zamanda, Avropa Birliyi İranla Nüvə Razılaşması İranın təkliflərinin nəzərdən keçirilməsi və həll edilməsini hədəfləyir.

İkinci, ötən sanksiyalar dövründə olduğu kimi İran “yaxşı sürətlə üzən tankerlər”dən istifadə etməyə başlayacaq. Bu müşahidə sisteminə əsasən, Birləşmiş Ştatlara məxsus tankerin izindən yayınmaq üçün ticarətçilər bu tankerlərə nəzarət edəcəklər. Birləşmiş Ştatlar qeydə alınmayan tankerləri aşkar etmək üçün peykdən daha dəqiq təsvirlər əldə etməyə cəhd edəcək. İran neftinin bir çox idxalçıları riskə getməli olacaqlar. Nəticədə bu yol bəzi İran neft tankerlərinin Birləşmiş Ştatların şəbəkəsindən yayınaraq onun ixrac edilməsi metodu almasına gətirib çıxarır.

Üçüncü, İran neft ixracı qiymətlərini azalda bilər. İran artıq özünün Asiya alıcılarına hər barel neftin qiymətində 70 – 90 Birləşmiş Ştatlar senti civarında endirim edib. Özünün neft ixracının azalmasını hesablayan İran neft satışında güzəştlərə getməyə məcburdur. İdxalçıların maliyyə vəsaitlərini ödəmək iqtidarında olmadığı və yaxud onların nefti idxal etmək üçün tanker sığortasına dair müvafiq razılaşmaların olmaması hallarına görə tərəflər qiymətdə güzəştdə gedə bilərlər. Birləşmiş Ştatların elan etdiyi sanksiyalar tətbiq edilməyə başladıqdan sonra bu proses İrana Çinə neft ixrac etməyi daha sərfəli edir. Belə olan təqdirdə verilən proqnozların sonrakı mərhələsində İranın ixrac etdiyi neftin qiymətinin azaltması da ona kömək etməyəcək.

Dördüncü, İran artıq bəyan edib ki, özünün neftini fond birjasında özəl sektor tərəfindən satışa çıxaracaq. Fond birjası indiyədək xam neftin satışından daha çox neft məhsullarının satışına önəm verir. Özəl bölmənin şirkətləri İran fond birjasında neft satmaqla bu nefti ixrac etməyə də nail olacaqlar. Halbuki, Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyaların məqsədi İrana “maksimum təzyiq” etməklə yanaşı, İranın özəl sektoruna qarşı sərt tələb qoyaraq onun neft ixracı fəaliyyətini dayandırmaqdır.

Beşinci, İran yerli valyutalar vasitəsilə ticarət aparmaq yollarını axtararaq avro və Çin renminbisinə (yuanın başqa alqı-satqı şərtidir) üstünlük verəcək. Bu proses həm Avropa Birliyinə həm də Çinə az da olsa müəyyən stimul verəcək ki, Birləşmiş Ştatlar dollarından qlobal asılılığa son qoya bilsin. Halbuki, həm Avropa, həm də Çin şirkətlərinin İran neft şirkətlərindən neft alışına ödədiyi maliyyə vəsaitləri ona gətirib çıxarır ki, İran Birləşmiş Ştatların ona qarşı qadağan etdiyi qlobal bazara dolayısı yolla çıxmaqla fayda əldə edir. Nəticədə hətta Avropa Birliyinin ticarət mübadiləsi etmək üçün maliyyə vasitəsi kimi ödədiyi avro qlobal bazarda dəyişikliklərə gətirib çıxarmayacaq.

Sonuncu, altıncı məqam odur ki, İran müəyyən barter razılaşmaları təşkil etməyə çalışacaq. Bu barter razılaşması Birləşmiş Ştatların İrana qarşı tətbiq etdiyi keçmiş sanksiyalar dövründə, yəni İranın Çin və Hindistana neft satışı zamanı özünü göstərib. Barter razılaşması neft satışının müqabilində əmtəəni ödəniş şərti kimi göstərməklə Birləşmiş Ştatlar dollarına olan ehtiyacı aradan qaldırır. Lakin bu barter razılaşması xarici idxalçılarla qarşılıqlı şərtlərin İranın daxili istehlakını ödəməkdə problemlər yaradacaq.

Neft qiymətlərinə artan təzyiq

İranınixrac etdiyi 60% civar neftindən gələn gəlir hökumət gəlirlərinin 80%-ni təşkil edir. Buna görə də İranda əhəmiyyətli iqtisadi artım olmalı idi. İndi isə 2019-cu ildə bu artımın 5 – 7% civarında azalacağı gözlənilir. Qlobal neft qiymətləri İranın maliyyə və ticarət balansına təsir edəcək. Biz qlobal risk ssenarilərini nəzərə alaraq qlobal neft bazarlarında bir barel neftin qiymətinin100 ABŞ dollarna qədər qalxacağıproqnozunu da göstərdik. Lakin qlobal neft qiymətləri bir sıra faktlardan, o cümlədən neft bazarına olan tələbat, OPEK və qeyri-OPEK neft təchizatçılarının reaksiyasından asılıdır.

OPEK gündəlik olaraq dünya bazarlarında tələbatı ödəmək üçün 500 000 barel xam neft satmağı nəzərdən keçirir. Bundan əlavə, Səudiyyə Ərəbistanında kifayət qədər neft ehtiyatları var. Eyni zamanda İraq və Birləşmiş Ərəb Əmirliklərində də az da olsa neft hasilatı ehtiyatları var. Digər tərəfdən Rusiya da neft hasilatını artıra bilər. Halbuki, həm Səudiyyə Ərəbistanı, həm də Rusiya neft hasilatını artırmaq həvəsində olmadıqlarını bildiriblər. Səudiyyə Ərəbistanın neft naziri Xalid əl-Falih “ehtiyac olduğu təqdirdə” neft hasilatını artıracaq. Artıq dünya bazarlarında Brent növlü xam neftin 1 barelinin 80 ABŞ dollarına satıldığını nəzərə alaraq OPEK-in məmnun olduğu görünür. Birləşmiş Ştatlar və Çin arasında baş verən ticarət müharibəsi 2019-cu ildə qlobal neft tələbatını aşağı salmaqla istehlakçıya və işgüzar əhval-ruhiyyəyə təsir edir və bu da müəyyən dərəcədə qiymət təzyiqlərini aradan qaldıracaq. Eyni zamanda neft bazarının təchizat şərtləri balansına bağlı olması və qlobal bazarda tələbat, dəyişiklik bazar dinamikasına böyük təsir etməklə qiymət dəyişikliyinə təsir edir. Bu faktları nəzərə alaraq İranın neft ixracı qlobal neft bazarında dayanıqlı vəziyyət yaratmır.

P.S.: Qeyd edək ki,İqtisadçı-Ekspert Bürosunun proqnozlarını əks etdirən məqalə “Ekonimist” dərgisində dərc edilib.

1843-cü ilin sentyabr ayında Londonda İqtisadçı Qrup tərəfindən təsis edilən “The Economist” qəzet formatında həftəlik nəşr edilən dərgidir və Londonda öz ofisində redaktə olunur.

1946-cı ildə Ekonomist Qrupu daxilində yaradılan İqtisadçı-Ekspert Bürosu təhlil və araşdırma apararaq proqnoz və məşvərət xidmətləri göstərir. Bu xidmətlərə hər hansı ölkənin iqtisadi durumuna dair aylıq hesabat, hər hansı ölkənin iqtisadi durumuna dair beş illik proqnozlar həmçinin müəyyən ölkənin qarşılaşacağı risklərə dair hesabatlar və sənayeyə dair hesabatlar daxildir. İqtisadçı-Ekspert Bürosu qlobal miqyasda fəaliyyət göstərməklə Çində iki ofisi Honq Konqda isə bir ofisi var.

COP29

www.yenicag.az

2719
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv