Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İranda daha 322 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində daha 322 nəfər koronavirusdan ölüb.

Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 31034 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5039 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 539670 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 434676 nəfər koronavirusdan sağalıb.

www.yenicag.az

322