İranda daha 406 nəfər koronavirusdan öldü

Ötən sutka ərzində İranda 406 nəfər koronavirusdan ölüb.

Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 36985 nəfərə çatıb.

İranda ötən 24 saat ərzində 8772 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 654936 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5472 nəfərin vəziyyəti ağırdır.