İranın Şərqi Azərbaycan vilayətində güclü yağıntılar nəticəsində daşqın baş verib.
Son məlumatlara görə, baş vermiş daşqınlar nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.
Ölənlər Kirmanşah əyalətinin, Şərqi Azərbaycan əyalətinin Azərşəhr və Əcəbşir şəhərlərinin sakinidir.
İran prezidenti təbii fəlakət bölgəsinə xüsusi nümayəndələr göndərib.
Təbriz şəhərində də sel evlərə ziyan vurub.
İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində sel bir neçə körpünü dağıdıb, bir neçə kəndin əhalisi evakuasiya olunub.
Ölü və itkin sayının artacağı ehtimal olunur.
***
İranın Şərqi Azərbaycan vilayətində güclü yağıntılar nəticəsində daşqın baş verib.
Əcəbşir şəhərində 3 nəfər həlak olub, 13 nəfər itkin düşüb.
Bundan başqa daşqınlar Təbriz, Bünab, Azərşəhr, Marağa və Əhərdə qeydə alınıb.
Bu şəhərlərdə itkilərin olub-olmaması barədə hələ məlumat verilməyib.(trend)
Yeniçağ.az
www.yenicag.az