İranda formalaşan HƏRBİ DÖVLƏT: Dağınıq siyasi mühit ölkəni hara sürükləyir?

media-hightechnic-468x90

Yaxın Şərq üzrə mütəxəssis, qlobal müdafiə yazarı Eylem Okumuş, xüsusi olaraq “Yeni Çağ” üçün

İranda yaşananlar kənardan baxanda sadə görünə bilər, amma içəridə durum çox daha qarışıqdır. Ölkə tək bir avtoritetin əlində deyil, savaş başlayanda güc balansları anidən dəyişdi. Sahədəki ən güclü qüvvə İran İslam İnqilabı Keşikçiləri Korpusudur (SEPAH). Klassik dövlət ordusu olan İran Silahlı Qüvvələri artıq sahədə qərar qəbul etmə prosesində, demək olar ki, yox sayılır. Prezident və mülki hökumətin təsiri minimumdur, kritik həmlələr birbaşa SEPAH komandirləri və dini liderin ofisi tərəfindən müəyyən edilir.

ABŞ və İsrailin hücumları ilə Ayətullah Əli Xamenei həyatını itirdi. Onun ölümü İranda rejimin onurğa sütununu sarsıtdı. Yerini tutan Müctəba Xamenei yeni dini lider olaraq vəzifəsinə başladı. Ancaq durumu hələ də qeyri-müəyyəndir; hücumda yaralanmış ola biləcəyi deyilir, rəsmi açıqlamalar dəqiq deyil. Bu qeyri-müəyyənlik ölkə daxilindəki balansları daha kövrək hala gətirir.media-d15c7480-7adc-41c0-9981-babc05fcd107

Sahədəki güc tamamilə İnqilab Keşikçilərinin əlindədir. Ordunun öhdəliyində sadəcə hərbi əməliyyatlar yoxdur, raket proqramları, nüvə obyektlərinin təhlükəsizliyi, xarici əməliyyatlar və iqtisadiyyatın kritik nöqtələri də nəzarət altındadır. Hörmüz boğazı və Xəzər dənizi üzərindəki enerji marşrutları dəniz patrulları, pilotsuz uçuş aparatları və müşahidə nöqtələri ilə davamlı izlənilir. Raket sistemlərində hədəflər və koordinatlar müntəzəm olaraq yenilənir. İran həm çəkindiriciliyini artırır, həm də əməliyyatlara sürətli reaksiya verə bilir.

Daxili təhlükəsizlik qüvvələri etirazları yatırmaq və ölkə daxilində nizamı təmin etmək üçün hazır tutulur. Bu səbəbdən İran artıq yarı hərbi təhlükəsizlik dövləti halına gəlmiş durumdadır.

Müctəba Xameneinin liderliyi simvolik avtoritet təmin etsə də, sahədəki qərarların çoxu hələ də İnqilab Keşikçiləri komandirləri tərəfindən alınır. Yeni lider sərtlik tərəfdarı olan çevrələrlə yaxındır, strateji və simvolik təsiri önəmlidir, ancaq nəzarət imkanı məhduddur. Bu durum böhran mühitində güc balanslarını yenidən formalaşdırır.

İçəridəki bloklar üçə ayrılmış vəziyyətdədir: sərtlik tərəfdarı SEPAH, dini elitlər və iqtisadi çöküşdən narahat olan praqmatik siyasətçilər. Liderlik dəyişsə də, kritik qərarlar ordunun əlində qalır.

Qısacası, İranda ən güclü qüvvə İnqilab Keşikçiləri Korpusudur. Müctəba Xameneinin liderliyi simvolikdir, hökumət geri plandadır, ancaq strateji və hərbi qərarlar tamamilə ordunun nəzarətindədir. Hörmüz və Xəzər üzərindən keçən enerji və su koridorlarının təhlükəsizliyi birbaşa təhdid altındadır. Yeni dönəmdə bütün gözlər İnqilab Keşikçilərinin həmlələrində olacaq.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05