İranda generalın oğlu qətlə yetirildi

media-hightechnic-468x90

İran Silahlı Qüvvələrinin elit hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun Sistan-Bəlucistan əyalətindəki bölmələrindən birinin komandan müavini, general Pərviz Absalanın oğlu Mahmud Absalan naməlum şəxslər tərəfindən öldürülüb.

media-banner_tuq

Yenicag.az İran KİV-nə istinadən xəbər verir ki, Mahmud Absalan əyalətin administrativ mərkəzi Zahedan şəhərindəki nəzarət-buraxılış məntəqələrindən birində yaxınlığından keçən avtomobildən atəşə tutulub.

Hücum nəticəsində ondan başqa heç kimin xəsarət almadığı bildirilir.

Mahmud Absalan həm də İslam İnqilabı Keşikçiləri Korpusunun generallarından birinin mühafizəçisi olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05