Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İranda hərbi anbarda partlayış

İranda hərbi anbarda partlayış baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Xuzistan vilayətində, Dezful şəhərində qeydə alınıb.

Yerli vaxtla saat 21:15-də baş verən partlayışın səbəbləri hələlik, bəlli deyil. Bir anbarda baş verən partlayış yaxınlıqdakı digər anbarlara da keçib. Bu, şəhər sakinləri arasında böyük təşvişə səbəb olub.

Rəsmi açıqlamaya görə, hərbçilər dərhal həmin ərazidən təxliyyə ediliblər. Partlayış nəticəsində ölən olmadığı bildirilir.

www.yenicag.az

3358
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS