İranda koronavirusdan ölənlərin sayı artıb.
Yenicag.az IRNA-ya istinadən xəbər verir ki, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə infeksiyadan ölənlərin sayının 1 284 nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 1 046 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 18 407 nəfərə çatıb.
K.Cahanpur həmçinin 5 979 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.
Hökumət koronavirusun kütləvi yayılması ilə əlaqədar olaraq, 17 əyalətə girişi qadağan edib.