İranda sutka ərzində 415 nəfər koronavirusun qurbanı oldu
İranda ötən sutka ərzində 415 nəfər koronavirusdan (COVID-19) ölüb.
Yenicag.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 33 714 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 824 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 588 648 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 012 nəfərin vəziyyəti ağırdır.
İranda indiyədək 467 918 nəfər koronavirusdan sağalıb.
Ölkədə indiyədək 4,82 milyondan çox diaqnoz testi həyata keçirilib.