Ölkəyə qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alındı

media-hightechnic-468x90

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 3 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Yenicag.az komitəyə istinadən xəbər verir ki, İdarənin Biləsuvar gömrük postunda İrandan gələn 2 ədəd “Dongfeng” və “Dong Feng Kaveh” markalı yük nəqliyyat vasitələri gömrük nəzarətindən keçən zaman saxlanılıb və kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 7 600 ədəd “Manchester” markalı siqaret aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa