İran hökuməti İsraili Tehrana qarşı axmaq addımlar atmamağa çağırıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu bəyanatla İslam Respublikasının ali dini lideri Əli Xamneyinin nümayəndələrindən biri çıxış edib.
İslam İnqilabı Keşikçiləri Korpusundan olan Əli Şirazinin sözlərinə görə, İran İsrailin şəhərlərini məhv edə bilər.
O bildirib ki, İsrail “daha bir neçə gün mövcud olmaq istəyirsə”, öz davranışlarına fikir verməlidir: “Onlar İrana bir bəhanə verərlərsə, Tel-Əviv və Hayfanı məhv ediləcək”.
Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, Tehran ölkənin “qətiyyətliliyini sınağa çəkməyə” son qoymalıdır. Onun sözlərinə görə, İsrail İranın təcavüzünə ciddi cavab verəcək.
www.yenicag.az