İranın neft və qaz bazarına daxil olmasının Azərbaycana təsiri-Ekspert açıqladı

media-hightechnic-468x90

181220130048092633349_2İlham Şaban: “İranın dünya  neft və qaz bazarına daxil olmasının Azərbaycana müəyyən bir təsiri ola bilər”

“Altılıq” ölkələri ilə nüvə razəlaşması fonunda sanksiyaların ləğv edilməsi istər-istəməz İran nefti və qazının dünya bazarına çıxmaq imkanlarını artırır. Artıq Avropa İrandan bu məhsulları ala biləcək. Azərbaycan da öz karbohidrogen ehtiyatlarını demək olar ki, bütünlüklə Avropa bazarına çıxarır.

Bu fonda İranın dünya neft bazarına daxil olması görəsən, Azərbaycana necə təsir edəcək. Bu amil TAP və TANAP kimi layihələrə marağın azalmasına səbəb olmayacaq ki?

Neft məsələləri üzrə ekspert İlham Şaban Yenicag.az-a açıqlamasında bildirdi ki, İranın dünya neft bazarına daxil olması qiymətlərin düşməsi fonunda Azərbaycana öz mənfi təsirini göstərə bilər: “İranın dünya  neft və qaz bazarına daxil olmasının hər halda Azərbaycana müəyyən bir təsiri ola bilər. Çünki, bu fonda bazara daha çox neft çıxarılacaq. Bu zaman isə bazarda qiymətlər aşağı düşəcək. Azərbaycan da neft hasilatçısıdır, buna rəğmən qiymətin düşməsi fonunda bir qədər ziyan görəcək. Amma qiymətlər İranın prosesə qoşulması fonunda belə stabil qalacaqsa, bunun ölkəmizə mənfi mənada elə bir təsiri olmayacaq. Yəni demək istəyirəm ki, İranın dünya neft bazarına daxil olmasının birbaşa sırf Azərbaycana aydiyyatı yoxdur. Qaza gəldikdə, İran dünyanın həcm baxımından ikinci qaz ölkəsi olduğu halda, qaz ixracatçısı kimi ad çıxara bilməyib. İranın qaz ixracatı hazırda Azərbaycanla eyni səviyyədədir. İrana geniş investisiya lazımdır ki, ən azından 10 il sonra böyük qaz ixracatçısı olan ölkəyə çevrilə bilsin.  Bu baxımdan İranın hazırda  dünya qaz bazarına daxil olması da TAP və TANAP kimi layihələrə marağın azalmasına gətirib çıxarmayacaq”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600