!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın nüvə obyektlərinin vurulma EHTİMALI: “İsrail fərqli yol tuta bilər”

!Reklam – Yazi

 

“Azərbaycanın marağı ondan ibarətdir ki, İsraillə İran arasındakı münasibətlər bir formada siyasi yolla həllini tapsın. Yəni hərbi qarşıdurma və açıq savaşın olması, təbii ki, bütün region ölkələri ilə bərabər, Azərbaycanın da maraqlarına uyğun deyil.

Çünki İranda bizim 40 milyona yaxın soydaşımız yaşayır və onlar bu savaşdan istər-istəməz təsirlənə və zərər görə bilərlər. Ona görə də Azərbaycanın marağı ondan ibarətdir ki, iki ölkə arasındakı bütün problemli məsələlər siyasi yolla öz həllini tapsın”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov səsləndirib.

Politoloq İsrailin İranın yeraltı nüvə obyektlərinə zərbə endirməsi ilə bağlı Qərb mətbuatı tərəfindən yayılan silsilə informasiyalara münasibət bildirib. “O ki qaldı İsrail tərəfindən Nətənzdəki nüvə obyektlərinin vurulması ilə bağlı ehtimallara, təbii ki, bu, mövcuddur. Amma nəzərə almalıyıq ki, İsrail ABŞ-nin məsləhətləri ilə fərqli yol tuta bilər. Fərqli yol isə ondan ibarətdir ki, İranın enerji sektoru, limanları və SEPAH-ın hərbi bazalarına zərbələr endirilə bilər. Çünki ABŞ hazırda İranın nüvə obyektlərinin vurulması məsələsinə çox da müsbət baxmır”, – deyə o, əlavə edib.

O.Qasımov onu da diqqətə çatdırıb ki, İsrailin yeraltı bunkerlərdə yerləşdirilmiş nüvə obyektlərinin vurulması üçün yetərli qədər resursu yoxdur: “Bu, daha çox ABŞ-nin verəcəyi silahlarla effektiv şəkildə həyata keçirilə bilər. Birləşmiş Ştatların rəsmi açıqlaması isə bundan ibarətdir ki, Vaşinqton İranın nüvə obyektlərinin vurulmasını təqdir etmir və buna qarşıdır. Təbii ki, İsrail hazırkı mövqeyi və siyasəti ilə İrana bir cavab verməyi düşünür və şübhə yoxdur ki, nə zamansa bunu edəcək. Mənə elə gəlir ki, İsrailin indiki siyasəti ona yönəlib ki, yaxın ətrafında olan HƏMAS, “Hizbullah”, “Həşdi şabi” və husiləri – İranın proksi qüvvələrini ciddi şəkildə zəiflətməklə Tehranı bölgədən çıxarmaq siyasətini həyata keçirəcək. Lakin bu, o demək deyil ki, İranın özünə zərbələrin endirilməsi təxirə salınacaq. Bu məsələ yaxın, yaxud orta dövr üçün olacaq və uyğun məqamda İsrail bunu etməyə çalışacaq”.

Rafi Müslümov

COP29

www.yenicag.az

94
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv