İranlı mollanın qalmaqallı İDDİASI: “Cəhənnəm əhlinin dili türkcədir”
İranın tanınmış hökumət mollası Əhməd Müctəhid Tehrani türklərlə bağlı səsləndirdiyi təhqiramiz və qalmaqallı fikirlərlə gündəmə gəlib.
Yenicag.az xəbər verir ki, Tehrani çıxışı zamanı bildirib ki, cəhənnəm əhlinin dili türkcə, cənnət əhlinin dili isə ərəbcədir. O, bu fikri “hədis” kimi təqdim edərək, türkcəni aşağılayıcı şəkildə təqdim edib.
Molla çıxışında həmçinin deyib:
“Mən bir az türkcə bilirəm. Təbrizə gedəndə mağazada “beş dənə yumurta ver” deyirəm. Amma bir hədisimiz var: cəhənnəm əhlinin dili türkcədir. Yəni hansı millət cəhənnəmə getsə də, dili türkcə olur”.
Əhməd Müctəhid Tehrani daha sonra cəhənnəm haqqında uydurma bir rəvayət də paylaşaraq bu sözləri əlavə edib:
“Cəhənnəm məmurları oradakı adama deyirlər: “sənin ilk edəcəyin şey cəhənnəmə getməkdir!”
Bu fikirlər sosial şəbəkələrdə və ictimaiyyətdə ciddi qınaqla qarşılanıb. Bir çox istifadəçi Tehraniyə qarşı etirazını bildirərək, bu cür ifadələrin həm irqçi, həm də təxribat xarakterli olduğunu qeyd edib.
Məsimə Məmmədova