“İrəli” hesabat verdi

media-hightechnic-468x90

10885011_590086724454691_9020529441201898130_nAzərbaycanın aparıcı gənclər təşkilatlarından olan “İRƏLİ” İctimai Birliyinin təsis edilməsindən 6 il ötür. Bu gün, Beynəxalq Muğam Mərkəzində “İRƏLİ” İctimai Birliyinin 6 aylıq hesabatının təqdimatı keçirildi.

Tədbirin açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış etdi və cənab prezidentin ad günü münasibətilə ona təbrik məktubu ünvanladı. Daha sonra sədr təşkilatın 6 aylıq fəaliyyətindən bəhs etdi və həmin dövrü səciyyələndirən təqdimat, yeni loqo və korporativ üslub da tədbir iştirakçılarına nümayiş olundu.
Ardınca Malik Bağırov “İrəli” İctimai Birliyini yeni saytını təqdim etdi. Saytın özəllikləri barədə tədbir iştirakçılarına məlumat verdi.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev sözügedən gənclər təşkilatının fəaliyyətini dəyərləndirdi.

Təşkilatın 6 yaşının olmasına baxmayaraq, böyük işlər gördüyünü qeyd etdi.
Prezident Administrasiyasının Gənclər təşkilatı ilə iş sektorunun müdiri Vüsal Quliyev isə “İrəli” İctimai Birliyinin gənclər təşkilatları arasında özünəməxsus yer tutduğunu vurğuladı. Fəal gənclərin bu təşkilata olan marağını qeyd etdi. Həmçinin özünün də bu təşkilatın yay düşərgələrində iştirak etdiyini bildirdi.

Daha sonra Prezident yanında Gənclər fondunun icraçı direktoru Fərhad Hacıyeva söz verildi. Fərhad Hacıyev dövlətimizin gənclər siyasətindən danışdı.

Tədbir digər qonaqların çıxışları ilə davam etdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600