“İRƏLİ” veloyürüş təşkil edir

media-hightechnic-468x90

11198714_1002000239839849_1655957020_n“İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək  3 may tarixində “İrəli” İctimai Birliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə həvəskarlar arasında velosiped yürüşü təşkil edəcək.

Veloyürüşün məqsədi gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılması, gənclərin asudə vaxtının səmərəli təşkil olunması və günün əhəmiyyətinin onlara aşılanmasıdır.

3 may tarixində “İrəli” İctimai Birliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə həvəskarlar arasında velosiped yürüşü təşkil olunacaq.

Saat 10:00-da başlanacaq tədbir “Dövlət Bayrağı Meydanı”ndan start götürməklə “Heydər Əliyev Mərkəzi”nin qarşısında başa çatacaq.

Yürüşdə iştirak etmək istəyən həvəskarların velosiped və baş geyiminin olması mütləqdir. Arzu edənlərin 3 may saat 09:30-da Dövlət Bayrağı Meydanına gəlmələri xahiş olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600