!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İrəli”də Milli Təcrübə Forumu keçirildi

!Reklam – Yazi

“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Milli Təcrübə Forumu” layihəsi baş tutub.

Layihə haqqında “İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı məlumat verib. Daha sonra Brandup agentliyinin direktoru Tamerlan İsmayilov, Phi gallery və Panda School- un təsisçisi Elvin Dadaşsoy, təlimçi Anar Məmmədov və Malik Bağırovun təqdimatı baş tutub. Forum müddətində panel və ictimai müzakirələr, vorkşoplar, təqdimatlar həyata keçirilib, uğurlu gənc sahibkar və uğurlu startup layihə modelləri təqdimatları təşkil olunub.

Layihə haqqında qeyd edilib ki, peşəkar mütəxəssis kimi yetişmək müasir dövrün qaçılmaz tələbi olaraq qəbul edilir. Xüsusən son 10 illikdə informasiya-kommunikasiya texnologiyalarında inqilabi proseslərdən sonra dar ixtisaslaşma prinsipi gənclər arasında iş mühiti uğrunda mübarizənin artmasına gətirib çıxarıb. 2020-ci ilədək Avropa məkanında aparılan araşdırmalara əsasən müəyyən edilib ki, sadə peşələr üzrə kadrlara tələbat 5% azaldığı təqdirdə, mürəkkəb peşə sahiblərinə tələbat 7%-ə dək arta bilər. Eyni zamanda hər il orta statistik göstərici olaraq Azərbaycanda otuz min tələbənin ali təhsil müəssisəni bitirməsi mövcud mühitdə iş uğrunda seçim prosesini çətinləşdirib.

Gənclərin hərtərəfli inkişafı, milli ruh və vətənpərvərlik ideyası, ölkənin inkişaf siyasətinə töhfə vermə istiqamətini daim hədəf tutan “İrəli” İctimai Birliyinin reallaşdıracağı Forumun əsas məqsədi dövlət gənclər siyasəti çərçivəsində gənclərin yaradıcı və innovativ potensialının, sahibkarlıq fəaliyyətinə təşəbbüslərinin artırılması, onların ixtisaslı kadr kimi formalaşdırılmasıdır. Həmçinin beynəlxalq miqyasda rəqabətədavamlı formada yetişdirilməsi üçün ilkin baza xarakteri rolu oynayan peşə-ixtisas təcrübələrinə yiyələnməyin əhəmiyyətini aşılamaq, onların mövcud imkanlardan yararlanamsına dəstək olmaq və bu qayədən çıxış edərək təşkilat tərəfindən formalaşdırılacaq təcrübə proqramını gənclər arasında təbliğ etməkdən ibarətdir.

Milli Təcrübə Forumu dövlət gənclər siyasətinin yaratdığı imkanlardan istifadə etməklə gəncləri, xüsusilə tələbələri peşə və ixtisas fəaliyyəti ilə bağlı gələcək karyera həyatında uğur qazanması üçün zəruri informasiya və əlaqələrlə təmin edir, onları perspektiv iş mühitinə uyğunlaşdırmaq, gənclərin məşğulluq məsələsinin daha effektiv formada təşkilinə yardımçı olmaq istiqamətinə yönələn layihədir.

Forumun icrasından sonra “İrəli” İctimai Birliyi bir neçə biznes müəssisəsi və dövlət qurumları ilə “Milli Təcrübə Proqramı”-na start verməyi nəzərdə tutub.

COP29

www.yenicag.az

2318
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv