İrəvanda hakimiyyət bölgüsü – Paşinyan 2026-cı ilə belə HAZIRLAŞIR

media-hightechnic-468x90

Paşinyanın komandası əmindir ki, növbəti seçkilərdə yenidən iqtidara gələcək, buna görə də artıq vəzifələrin bölüşdürülməsi ilə bağlı müzakirələrə başlayıblar.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzetin mənbələrinin bildirdiyinə görə, “Vətəndaş müqaviləsi” partiyası (VM) daxilindəki kifayət qədər böyük bir qrup fraksiya katibi, vaxtilə düşərgə dəyişmiş və siyasi karyerasında himayədarından imtina etmiş Hayk Koncoryanı Milli Məclis sədri postunda görür. Bildirilir ki, komandada bunu onun siyasi ritorikada rəqibsiz olması, şəxsi münasibətlərdə təmkinli davranması və kompromisə meylli olması ilə izah edirlər.

Amma bəzi şəxslərin fikrincə, Koncoryan bu qədər yüksək vəzifəyə layiq deyil, çünki düşərgə dəyişmiş siyasətçi imici daşıyır və bu baxımdan zəif görünür. Daha real namizəd kimi isə ABŞ-də Ermənistanın keçmiş səfiri Lilit Makunts göstərilir.

Komandada danışılır ki, Paşinyan Makuntsu seçkiqabağı proseslərin təşkilati məsələlərinə cəlb etməyi qərara alıb. Onun qadınlara xüsusi ehtiram göstərməsini nəzərə alsaq, istisna deyil ki, bu açar vəzifəyə də qadın təyin etmək barədə qərar versin – təbii ki, əgər 2026-cı ildə hakimiyyəti qoruyub saxlamağı bacarsa…

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa