İrəvanda silahlı insident-3 ölü
Yerevandakı “Nubaraşen” həbsxanası yaxınlığında, cinayətkar aləmdə “üçüncü sahəli Lyovik” və onun əhatəsindən olan Dero və Moso ləqəbləri ilə tanınan üç nəfər çərşənbə günü günorta saatlarında güllələnib.
Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yerevan şəhər polis idarəsindən Lyovik (Levon Ğazaryan), Dero (Drastamat Tadevosyan) və Mosonun (Mesrop Nazaryantsın) maskalı şəxslər tərəfindən öldürüldüyü bildirilir.
Hadisə yerində Kalaşnikov tipli avtomat, Makarov tipli tapança və atılmış güllə gilizləri tapılıb.
Qeyri-qanuni silah, sursat, partlayıcı maddə və alətlər əldə etmə və saxlama maddələri üzrə cinayət işi açılıb, istintaq aparılır.
Ermənistan İstintaq Komitəsinin Facebook səhifəsində hadisənin təfərrüatları və cinayəti törədənlərin üzə çıxarılması üçün təxirəsalınmaz tədbirlər görüldüyü bildirilir.
Eyni zamanda “Lyovik” ləqəbli Levon Ğazaryanın “kriminal aləmə yaxın” millət vəkillərindən biri ilə “fikir ayrılıqları” olması kimi müxtəlif fərziyyələr səslənir.