İrəvandan Bakıya gələn ŞOK TƏKLİF – Naxçıvana silah-sursat necə DAŞINACAQ?

media-hightechnic-468x90

Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlamalarının birində qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana silah daşıya bilər. O əlavə edib ki, dəhliz qarşılıqlı fəaliyyətlə həyata keçiriləcək. Sözügedən fikirlər Nikol Paşinyana müxalif olan qüvvələr tərəfindən isə birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Yenicag.az-a danışan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Nikol Paşinyanın son açıqlamaları mövcud reallıqlara əsaslanır.

Millət vəkili əlavə edib ki, hazırkı situasiya rəsmi Bakının gücü hesabına formalaşıb və bu, dəyişdirilə bilməz:

“Kommunikasiyaların açılması fonunda Naxçıvana maneəsiz gediş-gəliş imkanı əldə edəcəyik. Qeyd etmək lazımdır ki, Azərbaycanın digər rayonlar kimi, Naxçıvanın da təhlükəsizliyi ciddi şəkildə təmin olunmalıdır. Orada bizim dislokasiya olunmuş hərbi birləşmələrimiz mövcuddur. Qeyd olunan yerlərin daimi silahla təmin olunması Azərbaycan hökumətinin diqqətində olmalıdır. Yollar açıldıqdan sonra digər yüklər kimi, silah daşınması da mümkün olacaq. Bu reallıqları dəyişmək mümkün deyil. Paşinyan və komandası da bunu yaxşı anlayır. Onların götürdüyü öhdəliyə görə, rəsmi Bakıya bütün şərait yaradılmalıdır”.

Deputatın fikrincə, müxalif qüvvələr sözügedən prosesləri Baş nazirin əleyhinə çevirmək istəyir:

“Dəhliz fəaliyyətə başladıqdan sonra qarşılıqlı mal mübadiləsi imkanları da yaranacaq. Ermənistan Azərbaycanın yanacaq imkanlarından da istifadə edə bilər. Paşinyan bunu anlayır. O bir çox məsələləri dilə gətirir. Baş nazir qeyd etmişdi ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisə oluna bilməz. Müxalifət isə onun hazırkı siyasətini qəbul etmir və xırda nüanslardan Paşinyana qarşı istifadə olunur. Qeyd etdiyim kimi, bu reallıqları Paşinyan və komandası qəbullandığı kimi, Ermənistan və onun cəmiyyəti də yaxşı anlamalıdır. Əks halda, nə olacağının fərqindədirlər”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa