“Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi reallaşacaq. Azərbaycanın siyasi, iqtisadi iradəsi bunu deməyə əsas verir”.
Bunu Yenicag.az-a açıqlamasında Zəngəzur dəhlizinin yaxın perspektiv üçün reallaşması ehtimalından danışan siyasi şərhçi Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanın iradəsi ilə 9 noyabr bəyanatında strateji məsələ sayılan məhz Zəngəzur dəhlizi öz əksini tapıb:
“Prezident İlham Əliyev də hər zaman həm Azərbaycanın qərb rayonlarının Naxçıvanla maneəsiz hərəkəti, həm də region üçün Zəngəzur dəhlizinin vacibliyini vurğulayıb. Xatırlatmaq lazımdır ki, dəmir yolu xətti ilə 1991-ci ilə qədər Naxçıvanla əlaqə var idi. Sonradan bu əlaqə kəsildi. 44 günlük müharibədə qələbə qazandıqdan sonra isə yenə də İrəvan müxtəlif manipulyasiyalara əl atmaqdan çəkinmir. Lakin Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi reallaşacaq. Azərbaycanın siyasi, iqtisadi iradəsi bunu deməyə əsas verir. Zəngəzur dəhlizi Azərbaycana daha çox imkanlar vəd edəcək layihədir, çünki böyük və qlobal sayılacaq tranzit yolları məhz bu layihə ilə birləşəcək. Nəticədə isə hər şeydən öncə tarixi ədavət bərpa olunacaq”.
Nəsimi Ələsgərli
www.yenicag.az