İrəvanın Roma Statusuna BOŞ ÜMİDİ: “Azərbaycan-Ermənistan sərhədi hələ müəyyən edilməyindən…”

“Nə qədər ki Ermənistan ABŞ-nin təsir dairəsinə düşməmişdi, bu məsələni bitirmək lazım idi“

Bu fikirləri regionda cərəyan edən proseslər fonunda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması imkanlarını dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Avropa Parlamenti və ya Avropa Şurası Azərbaycan əleyhinə nə qədər qətnamə qəbul edirsə-etsin, “qatar” artıq gedib:

“Putin Valday iqtisadi Forumunda qeyd etdi ki, Rusiya sülhməramlılarının Qarabağda qalmasının heç bir mənası yoxdur. Həqiqətən, rus sülhməramlılarının Qarabağda fəaliyyətini şərtləndirən amillər öz aktuallığını itirib. Çünki orada nə silahlı, nə də dinc erməni qalıb. Ö cümlədən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirmişdi ki, rus sülhməramlıları 2025-ci ilə kimi ərazidən çıxacaq. Azərbaycan tərəfi öz vətəndaşlarının təhlükəsizliyinə zəmanət verir. Bu söhbət bitib. Avropa Parlamenti və ya Avropa Şurası Azərbaycan əleyhinə ard-arda qətnamələr qəbul etsə də, “qatar” artıq gedib.

Nə qədər ki Ermənistan ABŞ-nin təsir dairəsinə düşməmişdi, bu məsələni bitirmək lazım idi. Ermənistanın “sülh müqaviləsi imzalayaq, sərhədləri müəyyən edək” kimi bəyanatları Rusiyanın təsir dairəsindən çıxıb NATO-ya yönəlmək üçündür. Bölgəyə kənar güclərin dəvət olunması isə yaxşı nəticə verə bilməz. Azərbaycan heç bir dövlətin təsiri altında deyil. Ermənistan parlamenti Roma Statusunu qəbul etməklə, guya Azərbaycanı hərbi cinayət törətməkdə ittiham edəcəkdi. Bunun da heç bir effekti yoxdur. Çünki həmin qanun layihəsində belə bir bənd var ki, sərhədlər müəyyən olmalıdır. Faktiki olaraq, Azərbaycanla Ermənistan arasında sərhədlər hələ müəyyən edilməyib. O baxımdan, Ermənistan hakimiyyətinin bu yöndə bütün cəhdləri iflasa məhkumdur”.

Səxavət Məmməd

COP29