İsa Hüseynovla vida mərasimi başladı – Foto

media-hightechnic-468x90

kjhkjhkjugAprelin 1-də vəfat edən görkəmli yazıçı İsa Hüseynovla vida mərasimi başlayıb.

Azərbaycan Milli Dram Teatrında baş tutan mərasimə mərhumun qohumları, bir çox tanınmış yazıçılar, şairlər, aktyorlar, həmçinin gənc yazarlar qatılıb. Bundan başqa, bir çox ictimaiyyət təmsilçiləri, yazıçını tanıyan və tanımayan insanlar da vida üçün toplaşıblar. Azərbaycan Yazıçılar Birliyindən hələlik təkcə Fikrət Qoca vida məqasiminə qatılıb. O, İ.Hüseynov barədə jurnalistlərə danışaraq yazıçının daim qələmi ilə ədəbiyyat sahəsində vuruşduğunu, onun ədəbiyyatımızda xüsusi yerinin olduğunu vurğulayıb. Yazıçının qızı və və xanımı da atasının son dəqiqələri barədə danışıblar.

Saat 12.00-da başlanan mərasim 15.00-a qədər davam edəcək. Bundan sonra yazıçı Birinci Fəxri Xiyabanda dəfn ediləcək.   Azərbaycanın görkəmli yazıçısı, ssenarist və kinoredaktoru İsa (Muğanna) Hüseynov 1928-ci ildə anadan olub. Ədəbi fəaliyyətə 1949-cu ildə “İnqilab və Mədəniyyət” qəzetində çap edilən “Ana dil oxuyan yerdə” yazısı ilə başlayıb.  1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında (“26 Bakı Komissarı”, “Nəsimi”, “Ulduzlar sönmür” və s.) filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub (“Musavat.com”).  2012-ci ildə AYB-nin təsis etdiyi “Nəsimi” mükafatına layiq görülüb. Allah rəhmət eləsin!(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600