Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Mərkəzi Klinik Xəstəxanasındadır (MKX).
Müsavat Partiyasının mətbuat xidmətindən Report-a verilən məlumata görə İsa Qəmbər özünü yaxşı hiss edir və xəstəxanaya müayinəsini davam etdirmək üçün gedib. Məlumatda qeyd edilir ki, MKX-nin həkimləri İsa Qəmbərin bir neçə gün müddətində burada qalması və ürək-damar sisteminin gücləndirilməsi ilə bağlı tibbi prosedurlardan keçməsini tövsiyə ediblər.
www.yenicag.az