İsa Qəmbərin qatıldığı Qurultaydan İlham Əliyevə dəstək – ÖZƏL

media-hightechnic-468x90

11149006_10205465110899937_1678164766_nDünya Azərbaycanlıları Konqresinin 13-cü Qurultayında maraqlı çıxışlardan biri DAK İdarə Heyətinin üzvü İsmayıl img1388114Ağayev tərəfindən edilib. Yenicag.az xəbər verir ki, İsmayıl Ağayev öz çıxışında bildirib ki, “Biz Rəsulzadə və Elçibəyə hörmət bəsləyirik. Onlar tariximizin şanlı səhifələrinə imza atıblar. Lakin çox istərdim ki, Elçibəy və Rəsulzadə ilə yanaşı Ulu Öndərimiz Heydər Əliyevi də yad edək. Müasir Azərbaycanın qurucusu olan dahi şəxsiyyətə qarşı kiminsəmünasibəti fərqli ola bilər. Bu onun şəxsi fikridir. Ancaq 50 milyonluq Azərbaycan türkünə xitab etməyə iddia ediriksə, Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasətdən bəhs etməmək olmaz. Biz fəxr edirik ki, müasir dövlət və ordu quruculuğu İlham Əliyevin başçılığı altında davam edir”.

Bu çıxış başda DAK həmsədrlərinin müşaviri Tənzilə Rüstəmxanlı olmaqla, qurultay nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb. Qeyd edək ki, T.Rüstəmxanlı da öz çıxışında Azərbaycan Prezidentinin “Türkiyə yoxdursa, mən varam” sözlərinə diqqət çəkərək, dövlət olaraq, Türkiyənin yanında olduğumuzu bildirmişdi.

Bu məsələyə reaksiya verən DAK həmsədri Sabir Rüstəmxanlı bildirdi ki, “DAK partiyalarüstü bir təşkilatdır. DAK bütün təşkilatlara, partiyalara dəvət göndərir. Kimisi dəvətimizi qəbul edir, kimisi etmir, öz işləridir. Və ya burada fərqli fikirlərdə olan insanlar ola bilər. Ancaq bilinməlidir ki, DAK-ın fəaliyyəti bütövlükdə Azərbaycan dövlətinin və dövlətçiliyinin dəstəklənməsinə xidmət edir. Bizim üçün Azərbaycan Dövlətinin inkişafına və təbliğinə xidmət ən ümdə vəzifələrimizdən biridir”.

Qeyd edək ki, qurultaya qatılanlar arasında prezident seçkilərində Heydər Əliyev və İlham Əliyevin alternativi olmuş, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər də iştirak edirdi.

11160197_849363668472187_2044587351_n1

Xatırladaq ki, İsmayıl Ağayev həm də Beynəlxalq Diaspora Mərkəzinin sədridir.

https://www.youtube.com/watch?v=PyslM7Sz_TI

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600