İşə düzəltmək adı ilə 10 min manat ələ keçirən şəxs tutuldu

media-hightechnic-468x90

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşın etibarından sui-istifadə edərək, ona qarşı dələduzluq edən 39 yaşlı Rəvan Abdullayev saxlanılıb.

O, şəhər sakini olan qadını dövlət qurumunda işə düzəldəcəyinə dair yalan vədlər verərək zərərçəkmişin 10 min manat pulunu ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb,istintaq aparılır. R.Abdullayevin qanunsuz əməllərindən zərər görən digər vətəndaşlar olarsa polis orqanlarına məlumat verə bilərlər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05