İşğal edilən ərazilərdə sakinlərə işgəncə verilir - Video

media-hightechnic-468x90

PYD terrorçuları Suriyanın işğal edilən ərazilərində sakinlərə işgəncə verirlər.

Yenicag.az xəbər verir ki, Anadolu agentliyi PYD terrorçularının İŞİD-lə mübarizə adı altında Rakka şəhərinin dinc sakinlərinə işgəncə verdiyi videonu əldə edib.

Təxminən 1 ay əvvəl çəkilən videoda terrorçuların Rakkadan qərbdə yerləşən Mansura rayonunun 2 sakininə işgəncə verdiyi görünür. Formalarının qolunda PKK lideri Abdulla Öcalanın şəkli olan terrorçular dinc sakinlərin İŞİD üzvü olmadıqlarını özləri də bildiriblər:

“Bilirik ki, siz İŞİD terrorçuları deyilsiniz. Lakin bizə onların harada olduğunu xəbər verməlisiniz”.

İki ay yarım bundan əvvələ aid digər bir videoda isə Kerame qəsəbəsinin sakini Əhməd əl-Abdullah Cabar PKK/PYD terrorçularının vəhşiliklərindən danışır:

“Silahlı insanlar evlərə girir və dinc sakinləri qarət edirdilər. Terrorçular bizə işgəncə verirdi”.

Yenicag.az

 

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600