İŞİD bombalana bilər

media-hightechnic-468x90

65803ABŞ müdafiə naziri Çak Heygel koalisiya qüvvələrinin İŞİD-ə qarşı keçirdiyi hərbi əməliyyatlarda ölkəsinin Türkiyədən istədiyi təcili köməyin İncirlik bazasından istifadə olduğunu bildirib.

Kolumbiyaya səfər öncəsi jurnalistlərə verdiyi açıqlamada Pentaqon rəhbəri deyib ki, Türkiyə İŞİD-ə qarşı mübarizə aparmaq üçün böyük hərbi potensiala malikdir:

“ABŞ-ın Türkiyədən almaq istədiyi hərbi yardım “İncirlik” bazasından istifadə və radikal olmayan Suriya hərbi qüvvələrinin formalaşmasında Türkiyəni iştiraka razı salmaqdan ibarətdir”.

Onun sözlərinə görə, ABŞ və Türkiyənin İŞİD-lə bağlı apardığı müzakirələrdə rəsmi Ankaranın Suriya sərhədində buffer zonanın yaradılması istiqamətində israrlı tələblərinə mənfi yanaşmırlar : “Bu məsələ açıq müzakirələ nəticəsində həllini tapa bilər”. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600