İŞİD bu dəfə xristian qibtiləri doğradı – Foto +18
Qanlı terror təşkilatı İŞİD-in Liviya qanadı iordaniyalı pilot Muaz Kesasibenin yandırılaraq edam edilməsindən sonra başqa bir qandonduran cinayətə imza atıb.
Yenicag.az “Timetürk”ə istinadən xəbər verir ki, Binqazidə çəkildiyi təxmin edilən görüntülərdə misirli qibtilər olduğu elan edilən 21 adam edam edilib. Quantanamoda həbs olunanların geyindirildiyi narıncı məhbus geyimində olan qibtilər, dəniz kənarına aparılaraq başları kəsilir. Daha sonra dənizin qanlı sahillərinin göründüyü şəkillərdən başqa, edamın videosu da paylaşılıb.