İŞİD-ə döyüşçü göndərən imam həbs edildi
Qırğızıstanda “İslam Dövləti” terror təşkilatına döyüşçü göndərən imam hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.
Bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
Bu faktı Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiq edib.
Məlumatda deyilir ki, həbs edilən imam Oş vilayətinin Qarasu şəhərində fəaliyyət göstərən məsciddə çalışıb. Onun evində axrarış apararkən xeli sayda radikal dini kitablar müsadirə edilib.
Qeyd edək ki, hazırda Suriyada İD-in tərkibində 200 nəfərdən çox Qırğızıstan vətəndaşı döyüşür. İndiyədək döyüşlərdə 50-dək qırğızın öldürüldüyü deyilir.