İŞİD-ə “şəhid” deyib, “Quran” tərcüməsini oğurlayan zehniyyət: Dünyada həbs olunur, bizdə isə dəvətçi kimi dolaşır

media-hightechnic-468x90

 

media-banner_tkm

Radikal təkfirçi ideologiyanın açıq şəkildə təbliğ olunması artıq təkcə dini məsələ deyil, dövlət təhlükəsizliyinə meydan oxumaqdır.

Dünyanın bir çox ölkəsində İŞİD kimi terror təşkilatlarını tərifləyən, onların üzvlərinə “şəhid” deyən şəxslər dərhal həbs edilir, məhkəmə qarşısına çıxarılır. Çünki bu, sadəcə fikir deyil terrorun ideoloji əsaslandırılmasıdır.

Amma eyni zehniyyətin Azərbaycanda illərlə açıq fəaliyyət göstərməsi cəmiyyətdə haqlı suallar doğurur. Niyə başqa ölkələrdə cinayət sayılan çağırışlar bizdə bəzən “dini fəaliyyət” kimi təqdim olunur? Niyə radikal ideologiya ilə sərt mübarizə aparılmalı olduğu halda, bəzi fiqurlar gənclərlə görüşlər keçirə, təbliğat apara bilir?

VİDEO

“Dünyada bayrağımızı qaldıracağıq” deyib gəncləri ölümə göndərənlər

Radikal qrupların istifadə etdiyi əsas şüar budur: “Dünyada bayrağımızı qaldıracağıq”. Bu cümlə romantik səslənir, amma arxasında qanlı plan dayanır. Bu şüarla aldadılan neçə-neçə gənc, o cümlədən idmançılar Suriyada və İraqda döyüşlərə cəlb olundu və geri qayıtmadı.

İddialara görə, gecə saatlarında gizli görüşlər keçirilir, telefonlar söndürülür, səs yazmağa icazə verilmir. Daha sonra həmin gənclər “müqəddəs savaş” adı ilə xarici münaqişə zonalarına yönləndirilir. Nəticə isə dəyişmir  həyatını itirən gənclər, dağılan ailələr və cəmiyyətə vurulan ağır zərbə.

Bu, təkcə dini təbliğat deyil. Bu, açıq şəkildə radikallaşdırma mexanizmidir.

Radikal ideoloq və siyasi məsuliyyət

Bu proseslərin mərkəzində adı tez-tez hallanan şəxslərdən biri də Əlixan Musayev kimi radikal ideoloqdur. Onun fəaliyyəti illərdir müzakirə olunur, amma cəmiyyətin gözündə əsas sual dəyişmir: belə ideologiyanın yayılmasına kim və niyə imkan verir?

Bu məsələ artıq hüquqi yox, siyasi məsuliyyət məsələsinə çevrilib. Çünki radikal çağırışların qarşısı vaxtında alınmadıqda, nəticə terror, insan itkisi və beynəlxalq imicə zərbə olur.

Dünyada həbs, bizdə isə susqunluq

Bu gün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt kimi dövlətlərdə radikal təbliğat aparan şəxslər illərlə azadlıqdan məhrum edilir. Çünki onlar anlayır: ideologiya silahdan təhlükəlidir.

Bizdə isə bəzən bu cür şəxslər gənclərlə görüşür, təbliğat aparır, özlərini dini müəllim kimi təqdim edirlər. Bu isə təkcə təhlükə deyil  açıq riskdir.

İŞİD-ə “şəhid” deyən zehniyyət sadəcə yanlış fikir deyil  bu, terroru legitimləşdirmək cəhdidir. Belə ideologiya ilə kompromis olmaz. Ya dövlət sərt mövqe qoyur, ya da radikalizm boşluq tapdığı yerdə böyüməyə davam edir.

Əlixan Musayevin fəaliyyəti bununla da yekunlaşmır. Rəhmətlik akademiklər Ziya Bünyadovla Vasim Məmmədəliyevin on ildə tamamladıqları Quran tərcüməsini oğurlayaraq, bərbad redaktə ilə (mötərizələri silərək) özünü cəmiyyətdə “Quran tərcüməçisi” kimi təqdim edir. Alimlərin illərlə çəkdiyi əziyyəti guya beş ayda “həll edən” bu oğru zehniyyət müqəddəs kitabımızı da öz çirkin məqsədləri üçün istifadə edir. Ancaq bütün dünyanın terror şəbəkəsi adlandırdığı, kamera önündə baş kəsməkdən zövq alan İŞİD-in ölənlərini şəhid adlandıranın Qurandan sui-istifadə cəhdi təəccüblü gəlməməlidir.

Onu da qeyd edək ki, Əlixan Musayev həmin tərcüməni 150 min səudiyyə rialına mətbəəyə satıb. Yəni heç rəhmətliklər illərin zəhmətindən o qədər qonorar qazanmamışdılar ki, bu qazanıb. Qısacası, hər şeyin oğurluğunu eşitsək də, Quran oğurluğunu ancaq əmisi “peyğəmbər” olan bacarardı ki, bacardı da.

Camal Cavanşir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05