İŞİD əmiri öldürüldü

media-hightechnic-468x90

isidemiriTürkiyə Silahlı Qüvvələri Suriyada apardığı “Fərat qalxanı” əməliyyatının 135-ci günündə də “İslam dövləti” (İŞİD) mövqelərinə zərbələr endirib.

Antiterror əməliyyatı çərçivəsində İŞİD-in 74 mövqeyi müəyyən edilib. Həmçinin terrorçuların döyüş postları, səngərlər, avtomobillər atəşə tutulub.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, 20 terrorçu zərərsizləşdirilib və onlardan biri İŞİD əmiridir.

Bundan başqa, Türkiyə qırıcılarının zərbələri nəticəsində 28 İŞİD hədəfi məhv edilib, 18 terrorçu zərərsizləşdirilib.

 

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600