Reklam

Reklam

74056Liviyada içərisində bomba quraşdırılmış avtomobilin partlaması nəticəsində on nəfər həlak olub. Terror aktının İŞİD yaraqlıları tərəfindən törədildiyi bildirilir. Bu barədə Frans Press agentliyi məlumat yayıb.

“Derna şəhərində avtomaşının partladılması nəticəsində on nəfər həlak olub, onlarla insan yaralanıb”, — deyə, yerli tibb xidmətinin nümayəndəsi agentliyə bildirib.

İŞİD artıq yaydığı bəyanatda terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

2011-ci ildə ölkə lideri Müəmmər Qəddafinin devrilməsi və öldürülməsindən sonra Liviyada böhran hökm sürür. Fikir ayrılıqları üzündən ölkədə ikihakimiyyətlilik yaranıb. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament Tobruk şəhərində, islamçı Ümummilli Konqresin isə Tripolidə yerləşir. Ölkənin bir sıra bölgələri mərkəzi hakimiyyətin nəzarətində deyil.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."