Azad Suriya ordusunun 4-cü zirehli tank diviziyasının tərkibinə daxil olan hərbçiləri və Rusiya Hərbi Hava qüvvələrinin dəstəyi ilə İŞİD-in Suriyanın cənubundakı son qalası darmadağın edilib.
Yenicag.az bildirir ki, Suriyanın İsraillə sərhədə yaxın olan ərazisində “Rusvesna” agentiyinin hərbi müxbiri Oleq Bloxin “qaynar” nöqtədən reportaj hazırlayıb.
Suriyanın cənub-qərbində İŞİD-in nəzarət etdiyi ərazilər daralır, belə ki, terror qruplaşması özünün Deraa əyalətində – Yarmuk çayı hövzəsindəki son qalasını itirib.
Hazırda terrorçuların kontrolu altında yalnız 5 kiçik qəsəbə qalır. Hərbçilərin növbəti hədəfi Aş-Şacar şəhərinin cənubunda yerləşən Al-Kusayr şəhərciyidir.
Məlumat üçün bildirək ki, Britaniyada yerləşən “İnsan hüquqları üzrə Suriya rəsədxanası”nın məlumatlarına görə, son 2 həftədə Suriyanın cənub-qərbindəki döyüşlər zamanı 268 nəfər terrorçu məhv edilib.
Zaur H.
www.yenicag.az