İŞİD-in Türkiyəyə hücumu mümkündürmü?

media-hightechnic-468x90

qabil_huseynli1387281721Qabil Hüseynli: “İŞİD Türkiyəyə hücum etsə, bu özünü intihar etməyə bənzəyəcək”

“İŞİD-in Türkiyəyə hücum edəcəyi real deyil”.

Bu sözləri Yenicag.az-a açıqlamasında zaman-zaman səslənən İŞİD Türkiyəyə hücum edəcək fikrinə münasibət bildirərkən politoloq Qabil Hüseynli dedi: “İŞİD-in Türkiyəyə hücum edəcəyi ona görə real deyil ki, bu quruma daxil olan müəyyən qüvvələr vaxtilə Suriya Azadlıq Ordusunun tərkibində olaraq, Türkiyədə təlim keçiblər. Bu nöqteyi-nəzərdən İŞİD-in Türkiyəyə üz çevirəcəyi real deyil. Amma burada ən başlıca səbəb odur ki, İŞİD Türkiyənin NATO üzvü olduğunu yaxşı bilir. İkinci bir tərəfdən, Türkiyənin hərbi baxımdan güclü potensialı var. İŞİD Türkiyəyə hücum etsə, bu özünü intihar etməyə bənzəyəcək. Türkiyə onu darmadağın edər. Ümumiyyətlə, İŞİD-in fatiəsinin oxunmasına çox da vaxt qalmayıb. İŞİD məhv ediləcək”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600