İslam Oyunları zamanı Bakı metrosu kimlər üçün pulsuz olacaq?

media-hightechnic-468x90

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Bakı Metropoliteni daha bir yenilik edəcək.

Yeniçağ.Az-ın xəbərinə görə, bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, oyunlar ərəfəsində, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günlərində xüsusi geyim formasında olan könüllülər və Oyunların xüsusi buraxılış vərəqəsi olan akkreditə olunmuş nümayəndələri metropoliten stansiyalarından pulsuz istifadə edəcəklər.

“IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri keçirilən günlərdə isə metronun “Koroğlu” stansiyası mərasimdən çıxan iştirakçılar üçün pulsuz olacaq”, – N.Paşayev deyib.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa