İslamiada və "Formula 1" zamanı Bakı məktəbləri bağlanacaq? - AÇIQLAMA

media-hightechnic-468x90

Bu ilin mayın 13-25-də tarixlərində Azərbaycan İslam Həmrəylik Oyunlarına, iyunda isə artıq ikinci dəfə “Formula 1”ə ev sahibliyi edəcək.

media-banner_tkm

Beynəlxalq yarışlarla əlaqədar Bakıda xüsusi tədbirlər həyata keçiriləcək. İctimaiyyəti düşündürən məslələrdən biri də yarışların keçirildiyi müddətdə həmin ərazidəki təhsil müəssisələrinin fəaliyyətini dayandırıb-dayandırmayacağıdır.

Bu suala cavabında Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov cebhe.info-ya bildirib ki, hələlik idman yarışlarının keçiriləcəyi ərəfədə həmin ərazidə yerləşən məktəblərin bağlanıb-bağlanmaması ilə bağlı açıqlama vermək çətindir:

“Bu bir neçə təşkilatın birgə verəcəyi qərardır. Düşünürəm ki, yəqin ki, aprelin əvvəlində bu haqda məlumat yayımlayacağıq”.

Qeyd edək ki, 2012-ci ildə “Avroviziya”ya ev sahibliyi edən Azərbaycanda bu ərəfədə mahnı müsabiqəsinin keçirildiyi konsert zalına yaxın ərazidə yerləşən məktəblər bağlanmışdı.

Yeniçağ.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05